Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb (FOTO)


Digərləri 22 Fev 2019 02:49:00 363 0

Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb (FOTO)

Dövlət Reklam Agentliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Bakı. Dövlət Reklam Agentliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən agentliyin direktoru Aydın İbadov bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım siyasətinin ən qanlı səhifəsidir. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilib. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.