9 aylıq körpəsini quyuya atıb öldürən Mətanət yenidən hakim qarşısına çıxarılır


Kriminal 22 Fev 2019 01:30:00 383 0

9 aylıq körpəsini quyuya atıb öldürən Mətanət yenidən hakim qarşısına çıxarılır

9 aylıq körpəsini quyuya atıb öldürən 46 yaşlı Hüseynova Mətanət Məmməd qızı yenidən hakim qarşısına çıxarılır.

Son.az ölkə.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında cəza çəkən M. Hüseynovanın anlaqlı olub-olmaması ilə bağlı Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2016-cı il fevralın 19-da Gəncə şəhərinin Kəpəz rayonunda qeydə alınıb. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Cinayəti törədən Mətanət Hüseynovanın həyat yoldaşı Telman Hüseynovun verdiyi məlumata görə, təxminən bir il əvvəl həyat yoldaşı hamilə olanda onun psixi durumunda dəyişiklik olub. Övladı dünyaya gəldikdən sonra isə bu dəyişiklik daha da artıb. Hətta körpə uşağa zor tətbiqetmə kimi hallara da rast gəlinib.