Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib (FOTO)


Digərləri 22 Fev 2019 01:28:00 232 0

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib (FOTO)

Firudin Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı böyük xidmətlərini qeyd edən F.Qurbanov bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. F.Qurbanov ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən elm və təhsil sferasında inkişaf etdiyini vurğulayaraq münasibətlərin dərinləşməsinin nümunələrindən biri kimi hər iki ölkə vətəndaşlarının Azərbaycan və Türkiyə universitetlərində təhsil almalarını göstərib. Hazırda BDU-nun müxtəlif fakültələrdə onlarla Türkiyə vətəndaşının təhsil aldığını qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində doktorantura səviyyəsində nəzərdə tutulan ikili diplom proqramı haqqında məlumat verib.