“Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”


Digərləri 21 Fev 2019 23:50:00 299 0

“Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”

Qadınların çılpaqlaşma dəbi xalqların ölüm prosesini başlatdı.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə stress haqqında monumental araşdırma yazan rusiyalı akademik həkim Leondid Aleksandroviç Kitayev-Smık bildirib.

Müasir analitik və eksperimentator, uzun illik zəhmətinin bəhrəsi olan "Stresik psixoloqiyası: Stresin  psixoloji antropoloqiyası" flks unikal monoqrafiyasında bu mövzuya toxunub.

Həkimin sözlərinə görə, bir dəfə o, ağır xəstəlikdən  xəstəxanada yatmalı olur: "Elə həmin vaxt elə bil ki, elmi ilham gəldi və mən araşdırmaya başladı. Hazırda kitabımda belə bir yekun var: ""Seksual stressin" yaratdığı onkoloji xəstəliklər".  Kitab ümumilikdə  stress kimi çöxyönlü fenomenin  müxtəlif aspektlərinə həsr olunub, lakin hər şeydən əvvəl məndə kişi və qadınlarda onkologiya yaradan səbəbləri öyrənmək maraqlı idi. Son on illikdə Avropa Amerika sivilizasiyasında kişilər arasında adenoma (xoşxassəli şiş) və prostat xərçəngi epidemiya kimi yayılıb. Bizim əsrin başlanğıcında  40 faiz kişidə adenoma müəyyən edilib, 40 yaşdan yuxarılarda isə artıq göstərici 50 faizdir. ABŞ-da  patoloqoanatomlar  60 yaşında ölən kişilərin 80 faizində  prostat xərçəngi müəyyən ediblər. Paradoks ondadır ki, müsəlman ölkələrində kişi onkologiyasında  belə inkişaf yoxdur".

Leondid Aleksandroviçin sözlərinə görə, buna səbəb bu gün müasir dünyada dəbdə olan qadın gözəlliyini, əndamını vurğulayan, dar və çılpaq geyimlərdir: "Mən buna həkim kimi, fizioloq kimi baxıram: Bütün bunlar kişilərdə şəhvət yaradan seksual siqnallardır. Şəhərli kişi gün ərzində orta hesabla  100-200 belə "siqnallar" alır. Onun özü hiss eləməsə də qanı androqenlər alır. Lakin androgenlər qana çox yox (hansı ki, onkoloji təhlükəsiz hesab edilir), kanseroqen sayılan orta dozada atılır. Nəticədə tez-tez şəhvətlənən, lakin təmin olunmayan kişi elə öz orqanizminin  içində kanseroqen, dağıdıcı hücuma məruz qalır, bu da onkoloji xəstəliklərə gətirir".

Alimin sözlərinə görə, məhz bu səbəbdən qadın çılpaqlaşmasının əslində seksual stressə gətirdiyini demək olar. Bu isə impotensiya, hətta xərçənglə nəticələnə bilər.