Əri ilə mübahisə etdi, baltayla vurub öldürdü...


Digərləri 21 Fev 2019 23:18:00 219 0

Əri ilə mübahisə etdi, baltayla vurub öldürdü...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı qadının 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib.

İttihama görə, 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.