Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq FOTO


Digərləri 21 Fev 2019 22:59:00 254 0

Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq   FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olub.

Son.az Trend-ə istinadən bildirir ki, Tarix İnstitutundan verilən məlumata görə, bu səfər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə baş tutub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin Humanitar Elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib.

Görüşün əvvəlində Yaqub Mahmudov Qahirədə baş vermiş terror hadisəsi ilə bağlı kədərləndiyini bildirərək, nümayəndə heyəti adından Misir xalqına dərin hüznlə başsağlığı verib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik deyib ki, tarixinə sahib çıxan xalq yenilməzdir: "Hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılması çox mühümdür. Ərəb xilafəti dövründən etibarən başlanan qarşılıqlı münasibətlərimiz indi daha da genişlənib".

Yaqub Mahmudov erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs edib: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidə, müsəlman irsi məhv edilir və tarix saxtalaşdırılır. Bu vandalizmə qarşı elmi müstəvidə birləşməliyik".


Xəbərə aid fotolar