Bu insanın əxlaqını İmam Hüseyn islah etdi


Digərləri 21 Fev 2019 22:45:00 270 0

Bu insanın əxlaqını İmam Hüseyn islah etdi

Hədislərimiz buyurur ki, insanı başqaları yanında sevimli və məhbub edən sifətlərdən ən mühüm olanı - xoş əxlaqa və xoş xasiyyətə malik olmaqdır. Xoş əxlaqlı insan başqalarını özünə maqnit kimi çəkər.

Əbul-Qasim Şəhbaz adlı bir yazar, öz dostu haqqında yazır: "Dostum o qədər gözəl əxlaqa malikdir ki, onun nuraniliyini bütün insanlar hiss edirlər. O yerdə ki, əyləşir, insanlar onu dövrəyə alırlar. Ona görə də adını "İmamzadəyi-səyyar" qoyublar. Bütün bu ehtirama baxmayaraq, çox sadə insandır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: "Həqiqətən də xoş xasiyyət - dostluq və məhəbbəti təmin edəndir. Xoş üzlü olmaq - kini aradan aparandır".

Kərbəladan təzə gələn zaman onu görməyə getmişdik. Səfər haqqında danışan zaman dedi: "Həzrət Əba Abdullahın (ə) zərihinin kənarında əyləşmişdim, təsbih zikr və sayırdım. Dedim: "Ya İmam Hüseyn! Mənim əxlaqımda o qədər eyiblər və nöqsanlar vardır ki, gərək yerini gözəl əxlaqla dolduram. Bilirəm ki, bu iş - sizin işinizdir. Eyiblərimdən biri budur ki, əsəbiləşən zaman özümü kontrol edə bilmirəm".