Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb


Digərləri 21 Fev 2019 22:46:00 253 0

Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb

Yaşayış sahəsi olmayan və ekspertizasına ehtiyac duyulmayan obyektlərin tikintisinə, eləcə də istismarına icazələr artıq tam elektronlaşdırılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Elektron Hökümətin İnkişafı Mərkəzi ilə yeni xidməti bu gün sahibkarların ixtiyarına verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev dövlət başçısının fərmanı ilə tikintisi başa çatmış, ancaq rəsmi istismara qəbul edilməyən binaların taleyinə də aydınlıq gətirib. Qeyd olunub ki, həmin binalara yaradılan işçi qrup tərəfindən baxış keçiriləcək və hər şey qaydasındadırsa 1 həftə ərzində istismara qəbulu təmin ediləcək. Əgər problemlər varsa əlavə tədbirlər görüləcək.