Mitinqə icazə verilmədi Müxalifət aksiyanın qanun çərçivəsində keçiriləcəyinə dair


Siyasət 21 Fev 2019 22:47:00 217 0

Mitinqə icazə verilmədi  Müxalifət aksiyanın qanun çərçivəsində keçiriləcəyinə dair

Müxalifətin mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə qurumdan razılıq verilməyib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, meriya mitinqə icazə verilməməsi ilə bağlı qərarı bir sıra faktlarla əsaslandırıb.

Belə ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçılar nəqliyyatın hərəkətinə maneçilik törədiblər, asayiş keşikçilərinə qarşı sərt davranıblar və onların qanuni tələblərinə müqavimət göstəriblər.

Siyasi şərhçi Azər Həsrət bildirir ki, mitinqlər ölkədə baş verən hansısa önəmli hadisə ilə bağlı olmalıdır. Ancaq hazırda mitinq keçirilməsini şərtləndirən hansısa bir gündəm mövzusu mövcud deyil.

Azər Həsrət qeyd edir ki, müxalifət sabit ölkədə hansısa təxribat törətmək üçün mitinq keçirmək istəyir. Elə buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə mənfi cavab verməsi başadüşüləndir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, mitinqin təşkilatçıları 19 yanvar mitinqində baş verənlərin təkrarlanmayacağı ilə bağlı öhdəlik və məsuliyyət götürmürlər. Buna görə Bakı meriyası kütləvi tədbirin keçirilməsini qəbul etməyib və hüquq-mühafizə orqanlarının son mitinqlə bağlı araşdırmasının nəticələrini gözləmək məqsədəuyğun hesab edilib.