Ağstafa sakininin evində 201 yaşlı royal var


Digərləri 21 Fev 2019 22:48:00 285 0

Ağstafa sakininin evində 201 yaşlı royal var

İlk baxışdan təzə musiqi alətini xatırlatdsa da, 2 əsrdən artıq yaşı var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ağstafa sakini Nazim Qasımovun öz evində qoruyub saxladığı bu royalın 201 yaşı var. İstehsal olunduğu il də musiqi alətinin üzərində olan lövhədə həkk olunub. Musiqi alətinin təsisçisi metal lövhədə öz adını və istehsal olunduğu şəhərin adını qeyd edib. Almaniyanın Leybsiq şəhərində hazırlanan royalın müəllifi usta Jemlerdir.

Royalın üz qabığında 15 ədəd medal da var. Bu medalları təqdim edən Berlin, Harli, Leypsiq, Maqdeburq və digər şəhərlərin adları da metal lövhədə oyma ilə qeyd edilib.