Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı


Dünya 21 Fev 2019 22:32:00 251 0

Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

Son.az "Report"a istinadən bildirir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Tokio ilə mehriban qonşuluq haqqında razılaşmanı imzalamağa hazırdır.

"Biz sülh sazişini elə bu dəqiqə imzalamağa hazırıq. Lakin, bu hər kəsin bildiyi, savaşlardan sonra imzalanan sülh sazişi deyil, bizim ölkələrimiz arasında müharibə çoxdan başa çatıb. Onilliklər boyunca bir çox sahələr üzrə əməkdaşlıqdan sonra, Moskva, iki ölkə arasında daha böyük və dərin əməkdaşlığı, mehriban qonşuluq əlaqələrini ehtiva edən müqavilənin hazırlanmasını istəyir".