Dırnaq gözünüzə girsin, ya girməsin?


Digərləri 21 Fev 2019 22:15:00 203 0

Dırnaq gözünüzə girsin, ya girməsin?

Bir gün görürlər Həzrəti İsa (ə) həyəcanla qaçır. "Hara qaçırsan, ya İsa?", -soruşurlar.  - "Sən, xəstələrə şəfa verən, ölüləri dirildən, kimdən qaçırsan axı?"

Peyğəmbər də cavab verir: "Mən cahillərə bata bilmədim, onların əlindən qaçıram..."

Son.az islam.az-a istinadən bildirir ki, hər dövrün, hər ictimai formasiyanın öz cahilləri olub. Tarix onların bəziləri haqqında kinayə, bəziləri haqqında qəzəb, bəziləri haqqında isə nifrətlə xatırlayır. Bizim dövrün də öz cahilləri var. Başqa ölkələrdə onların hansı xüsusiyyətlərə malik olduğunu demək çətindir. Ən azından onlara Azərbaycan cahilləri kimi bələd deyilik. Amma yerli cahilləri bir neçə qrupa bölə bilərik.

Cahil var ki, həyatını cahilcəsinə sürür, heç kimlə işi yoxdur, dünyanın dərinlikərindən bixəbərdir, dünya görüşü də "sıfır". Beləsi ilə üz-üzə gəlməsən səni narahat etməz, əhvalını pozmaz. O, öz həyatını yaşayır, sən də özününkünü. Nə gözəl! Əlbəttə ki, sənin üçün.