Kamal Abdulla Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb FOTO


Digərləri 21 Fev 2019 22:18:00 366 0

Kamal Abdulla Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb  FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib.

K.Abdulla görüşün Venesuela səfirliyi və universitetləri ilə ADU arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacağını bildirib. K.Abdulla Azərbaycanın Cənubi Qafqaz regionunda Venesuelanın sadiq dostlarından biri olduğunu söyləyib.

Rektor dil və mədəniyyətlərin öyrənilməsi istiqamətində Azərbaycan və Venesuela arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Müştərək komissiyanın yaradılması ideyasından söz açıb.

Rektor ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün qonağı layihədə iştirak etməyə dəvət edib.


Xəbərə aid fotolar