Qazinin qələminin ucunda cənnət də var, cəhənnəm də


Digərləri 21 Fev 2019 22:20:00 256 0

Qazinin qələminin ucunda cənnət də var, cəhənnəm də

Bir qayda olaraq, qazinin hökmündən ən azı tərəflərdən biri narazı qalır və onu haqsız hesab edir.

Bu, təbii haldır. Belə ki, elə bürhan, dəlil, iddia demək olar yoxdur ki, hər iki tərəfi də razı salsın. Ancaq hakimin adil olmasına hər iki tərəfin inanması mühüm şərtdir. Bu zaman onun verdiyi qərarlardan narazı olsa belə, qəbul etmək məcburiyyətində qalacaqdır.

Əgər qazi adil qərar verməzsə, yaxşı bilər ki, bu dünyada olmasa da, o biri dünyada verdiyi bu haqsız qərara görə məhkum olunacaq və hesab verəcəkdir. Bu zaman arzu edəcəkdir ki, ey kaş qazi olmayaydım. Çünki axirətdəki məhkəmənin qazisi və hakimi Allah olacaqdır. Onun verdiyi hökm isə əlbəttə ki, adil olacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "O Allah ki, dünyadakı əməllərə şahiddir, Qiyamətin də hakimi olacaqdır".