Suriyada partlayış nəticəsində 15 nəfər ölüb


Dünya 21 Fev 2019 21:57:00 177 0

Suriyada partlayış nəticəsində 15 nəfər ölüb

Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Hawarnews" agentliyi məlumat yayıb.

"Suriya demokratik qüvvələri"qruplaşmasının (SDF) nəzarəti altında olan Əl-Ömər neft yatağının işçilərini daşıyan avtomobil Əş-Şhil kənd xəstəxanasının qarşısında park edilmiş vəziyyətdə olub.