ADU-nun rektoru Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)


Digərləri 21 Fev 2019 21:45:00 227 0

ADU-nun rektoru Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)

Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. K.Abdulla görüşün Venesuela səfirliyi və universitetləri ilə ADU arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacağını bildirib. K.Abdulla Azərbaycanın Cənubi Qafqaz regionunda Venesuelanın sadiq dostlarından biri olduğunu söyləyib. Rektor dil və mədəniyyətlərin öyrənilməsi istiqamətində Azərbaycan və Venesuela arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Müştərək komissiyanın yaradılması ideyasından söz açıb. Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün qonağı layihədə iştirak etməyə dəvət edib.