QuraniKərimdə Həzrət Əli ilə bağlı hansı ayələr var?


Digərləri 21 Fev 2019 21:15:00 196 0

QuraniKərimdə Həzrət Əli ilə bağlı hansı ayələr var?

Qurani-Kərimdə İmam Əli ibn Əbutalibin (ə) adı açıq şəkildə çəkilmir. Lakin təfsir alimləri Quranın bir neçə ayəsinin o həzrətlə bağlı nazil olduğunu yazmışlar.

Son.az islam.az-a istinadən bildirir ki, hətta böyük əhli-sünnə alimi Hakim Həskani "Şəvahid əl-tənzil" kitabında Abdullah ibn Abbasdan rəvayət edib: "Allah-Taalanın kitabında heç kimin haqqında Əli haqqında nazil olduğu qədər ayə nazil olmayıb". Həmin kitabda İmam Əli (ə) haqqında 70, 80 və hətta 300 ayə nazil olduğu barədə böyük səhabə və tabiinin rəyləri verilib. Quranda həm Əhli-beytin bir üzvü olaraq, həm də təklikdə İmam Əli (ə) haqqında nazil olmuş əsas ayələr bunlardır: Əhzab-33, Şura-23, Ali-İmran-61, Nisa-59, Maidə-3, 55 və 67, Bəqərə-207 və 274, İnsan-7-9, Beyyinə-7 və s.