DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə təqdim olunub (FOTO)


Digərləri 21 Fev 2019 20:52:25 190 0

DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə təqdim olunub (FOTO)

Bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.

Bakı. Bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur. Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Trend-ə verilən məlumata görə, bu əlamətdar tarix münasibətilə keçirilən tədbirlər çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərəsələrinə DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.