Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı


Digərləri 21 Fev 2019 19:10:00 275 0

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır.

Mərkəzdən Son.az-a verilən məlumata görə, 2019-cu il 21 fevral saat 17:15-ə olan məlumata əsasən 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib.

41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.