Azərbaycan Gimnastika Federasiyası birinci olub


Digərləri 21 Fev 2019 19:06:00 189 0

Azərbaycan Gimnastika Federasiyası birinci olub

Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.

Bakı. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub. AGF-dən Trend-ə verilən məlumata görə, Federasiya siyahıda yenidən birincidir. Belə ki, AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə, bütün diqqətləri üzərinə toplamağı bacarıb.