3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur FOTO VİDEO


Digərləri 21 Fev 2019 18:55:00 191 0

3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur  FOTO  VİDEO

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulur.

Son.az bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə deyib ki, sözügedən yolun uzunluğu 5.1 km-dir.

Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır.

Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.


Xəbərə aid fotolar