Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb


Digərləri 21 Fev 2019 18:54:39 241 0

Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb

TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) İon-Adriatik qaz kəməri (IAP) layihəsinin reallaşdırılması üçün zəmin yaradıb. Trend-in məlumatına görə, bunu Albaniya Prezidenti İlir Meta deyib. Prezidentin sözlərinə görə, TAP-ın bir qolu olan IAP Azərbaycan qazının Monteneqro və Bosniya və Herseqovinadan keçməklə Albaniyadan Xorvatiyanın Split şəhərinə nəqlini nəzərdə tutur: “Hazırda uğurlu texniki-iqtisadi əsaslandırmadan sonra Albaniya və Monteneqro hökumətləri Avropa İttifaqından layihənin icrası üçün 2,5 milyon avro məbləğində qrant alıb”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin