Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi


Dünya 21 Fev 2019 18:40:00 225 0

Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi

Qazaxıstanda hökumət istefaya gedib.

Son.az Trend-ə istinadən bildirir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün imzaladığı sərəncamla hökuməti istefaya göndərib. Bununla yanaşı, sərəncama əsasən, baş nazir vəzifəsinin icrası Askar Maminə həvalə olunub.

Sərəncama görə, hökumət üzvləri yeni hökumətin tərkibi təsdiq olunana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.