Britaniya baş nazirinin ticarət elçisinə Azərbaycan musiqisi barədə məlumat verildi FOTO


Kriminal 21 Fev 2019 18:50:00 353 0

Britaniya baş nazirinin ticarət elçisinə Azərbaycan musiqisi barədə məlumat verildi  FOTO

Fevralın 20-də  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa" keçirilmişdir.

Son.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində dəyirmi masa arxasında Azərbaycan musiqi mədəniyyətinin dünəni, bu günü və gələcək prespektivləri haqqında maraqlı söhbəti Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev açaraq, Azərbaycan musiqi mədəniyyəti haqqında qısa məlumat verdikdən sonra Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əlaqələrin çox yüksək səviyyədə olmasından öz məmnunluğunu bildirdi.

Emma Nikolson qeyd etdi ki, onun musiqiyə, xüsusilə şifahi-ənənəli musiqi janrlarına böyük marağı var və Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Söhbətdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, institutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər  doktoru, professor Nailə Rəhimbəyli, institutun aşıq sənəti şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı iştirak edirdilər.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycanda folklor nümunələri, onların toplanılması, yazıya alınması haqqında dəyərli fikirlər söylədi. Qeyd etdi ki, bir çox xalqların folklor nümunələrini də işləmək və gələcək nəsillərə ötürmək çox vacibdir. İnstitutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər  doktoru, professor Nailə Rəhimbəyli çıxışında Azərbaycanda musiqi folklorunun toplanılmasının və nota salınmasının tarixindən söz açdı və bu ənənənin bu gün də davam etdirildiyini söylədi. Qeyd etdi ki, bu sahədə artıq iki nəşr işıq üzü görmüşdür. Nəşrin birinci  cildi mahnılara, ikinci  cildi isə qədim  rəsqlərə həsr edilmişdir.


Xəbərə aid fotolar