Səhiyyə Nazirliyi Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti barədə - Aralarında hamilə qadın da var


Digərləri 21 Fev 2019 18:40:00 181 0

Səhiyyə Nazirliyi Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti barədə - Aralarında hamilə qadın da var

Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bakı. İlhamə İsabalayeva - Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb: "Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var". Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.