Hüseyn Dəryanın oğlu başqa kişidəndir?


Digərləri 21 Fev 2019 18:27:55 260 0

Hüseyn Dəryanın oğlu başqa kişidəndir?

Mərhum reper Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" proqramında efirdə atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangir barədə daha bir şok açıqlaması ilə diqqət çəkib. 

Son.az xəbər verir ki, Aişə uşaqkən atasından dəfələrlə qardaşı Cahangirlə onu görüşdürməsini istədiyini bildirsə də, Hüseyn Dəryanın eyni cavabı verdiyini deyib.

Reperin qızı atasının sağlığında ona böyüyəndə həqiqəti öyrənəcəyini dediyini xatırladıb:

"Mənim bura çıxıb bu iddia ilə çıxış etməkdə yetərli səbəbim odur ki, əslində, mən bunu heç demək istəmirdim. Dünən də demədim. Amma insanlar məni buna məcbur edirlər ki, açıq-açıq deyim. Atama həmişə deyirdim ki, "Ata məni nə vaxt qardaşımla tanış edəcəksən?" Amma atam mənə hər zaman deyirdi ki, "Qızım, o, sənin qardaşın deyil. O, mənim oğlum deyil. O, sənin mənəvi qardaşındır".