ADU ilə Türk-Qazax Universiteti arasında əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 21 Fev 2019 18:12:00 244 0

ADU ilə Türk-Qazax Universiteti arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

ADU-nun rektoru Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin qurucu rektoru ilə görüşüb

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin qurucu rektoru Metin Yıldız ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. K.Abdulla universitetlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu söyləyib.