“Bezmişdim, məni hər gün döyürdü...”


Digərləri 21 Fev 2019 18:01:00 202 0

“Bezmişdim, məni hər gün döyürdü...”

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini meyvə qabı ilə vurub öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə Vəliyevaya cəza istənilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 28-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.