Sumqayıtda dəhşətli avtobus qəzası: 31 sərnişin xəstəxanaya yerləşdirildi,


Digərləri 21 Fev 2019 18:09:14 211 0

Sumqayıtda dəhşətli avtobus qəzası: 31 sərnişin xəstəxanaya yerləşdirildi,

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı müntəzəm xətt marşrutu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.