Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı


Siyasət 21 Fev 2019 17:54:46 188 0

Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.