Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb


Dünya 21 Fev 2019 17:47:00 212 0

Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb

2018-ci ilin iyulunda İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan ərəb ölkələrindən birinə qaçaraq orada gizlənir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bildirib.

O, sabiq prezidentin qardaşının ekstradisiyası ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: "Proses olduqca uzun və çətindir, yüzlərlə prosedur var".