“Barcelona arzularımın komandasıdır”


İdman 21 Fev 2019 17:31:00 215 0

“Barcelona arzularımın komandasıdır”

Ajax-ın yarımmüdafiəçisi Frenki de Yonq Barcelona ilə müqaviləsindən danışıb.

Goal.az xəbər verir ki, futbolçu gələn il Kataloniya klubuna qoşulacaq. Onun transferinə 75 milyon avro xərclənib. Əlavə 11 milyon bonus ödəniləcək.

“Barcelona arzularımın komandasıdır. Müqavilə bağlayanda həyəcanlı idim. Arzularım gerçəkləşdi. Barcelona və Ajax bir-birinə çox bənzəyir. Hər ikisi yaxşı oyun sərgiləyir. Lakin Kataloniya təmsilçisinin oyun stili məni daha çox cəlb edir. Hər zaman məhz bu klubun formasını geymək istəmişəm”,- holland bildirib.