Agent: “Kulibali Napoli-yə xəyanət etməz”


İdman 21 Fev 2019 16:52:00 231 0

Agent: “Kulibali Napoli-yə xəyanət etməz”

Napoli-nin müdafiəçisi Kalidu Kulibalinin Juventus-a gedəcəyi deyilir.

Goal.az xəbər verir ki, futbolçunun agenti Bruno Satin bu məsələyə münasibət bildirib. “Kulibali Juventus-a keçir? İnanılası deyil. Napoli ilə sıx bağlılığı var. Kalidunun klubuna xəyanət edəcəyini düşünmürəm. Belə bir şey ağlıma gəlmir. Turinlilər onu almağa cəhd edə bilər, lakin müştərim təkliflə razılaşmaz”,- agent deyib.

Müdafiəçinin Manchester United-in hədəfində olduğu deyilirdi. Mətbuat İngiltərə klubunun seneqallının keçidinə 103 milyon avro xərcləməyə hazır olduğunu bildirmişdi.