İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürülüb


Digərləri 21 Fev 2019 16:43:00 185 0

İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, fevralın 20-də RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb.