ATƏT baş katibi: "Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"


Siyasət 21 Fev 2019 16:40:00 246 0

ATƏT baş katibi: "Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"

Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in baş katibi Tomas Qreminger Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.

T.Qreminger bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Minsk prosesində irəliləyiş görməyə ümid edirik. Azərbaycan və Ermənistan rəhbərliyinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır.

Mən mövcud olan bütün vasitəçilik formatlarında birgə konstruktiv iş üçün səylərimizin fəallaşdırılmasının vacibliyini vurğulamaq istərdim".