Marsial xəyanətə görə üzr istədi


İdman 21 Fev 2019 16:14:00 235 0

Marsial xəyanətə görə üzr istədi

Manchester United-in forvardı Antoni Marsyal ailəsindən və hamilə nişanlısı Melani de Kruzdan üzr istəyib.

Goal.az xəbər verir ki, futbolçu hansı səbəbdən üzr istədiyini açıqlamayıb. “Ailəmə, hamilə olan nişanlıma son vaxtlar acılar yaşatdım. Üzr istəyirəm. Səhv etmişəm. Bir daha təkrarlanmayacaq”,- futbolçu bildirib.

Mətbuat fransız futbolçunun bu addımına aydınlıq gətirib. Bildirilir ki, Marsyal Fransada gecə klublarının birində nişanlısına davamlı xəyanət edib. Yerli model Maliko Semiçlə yaşadığı intim həyatdan futbolçunun ailəsi bir neçə gün əvvəl xəbər tutub.

anthony martial Melanie da Cruz ile ilgili görsel sonucu