"Kişmiş" yükü 28 kq heroin çıxdı İrandan Ukraynaya göndərilən narkotik Azərbaycanda ələ keçdi VİDEO


Digərləri 21 Fev 2019 16:03:00 199 0

"Kişmiş" yükü  28 kq heroin çıxdı  İrandan Ukraynaya göndərilən narkotik Azərbaycanda ələ keçdi  VİDEO

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Son.az bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə, Ukrayna vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İranın Malayer şəhərindən Ukraynanın Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.

Bu zaman "Renault" markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan "kişmiş" yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb.