Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı


Digərləri 21 Fev 2019 16:04:00 194 0

Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı

Türkiyənin İzmir vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının 10 silahlısı saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin İzmir vilayətində polis xüsusi əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində PKK terror təşkilatının 10 silahlısı saxlanılıb. Həmin şəxslərin martın 31-i keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində terror aktları planlaşdırdığı müəyyən edilib.