XIX turun oyun cədvəli müəyyənləşdi


İdman 21 Fev 2019 14:32:00 278 0

XIX turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turunun oyun cədvəli müəyyənləşib.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Tura “Keşlə” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq. 

XVIII tur isə 23-24 fevral tarixlərində keçiriləcək. 

2 mart (şənbə)

16:00. “Səbail” – “Sumqayıt”

“Bayıl Arena”

18:30. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

3 mart (bazar)

15:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu,

17:30. “Keşlə” – “Qarabağ”

“ASK Arena”

Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.