Şok kadrlar: 12 yaşlı qızın ölüm videosu


Digərləri 21 Fev 2019 14:14:00 229 0

Şok kadrlar: 12 yaşlı qızın ölüm videosu

Valideynlərinin və rəfiqələrinin "Mişelitta" dedikləri 12 yaşlı Linda Rocers ötən ilin fevralın 23-də, səhər saatlarında həlak olub. O, otağında, güzgünün qarşısında olarkən ev qaz sızmasından partlamışdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Texas ştatındakı Dallas şəhərində yaşanmışdı. 6-cı sinifdə oxuyan Linda ABŞ-ın Milli Çirliderlər Assosiasiyasının (National Cheerleaders Association, NCA) müsabiqəsinə hazırlaşırdı.

Linda güzgünün qarşısında duraraq saçını darayanda otağa dolmuş qaz partlayıb. Partlayış, habelə qızın ömrünün son anları videokameraya düşüb.

"Sabahnız xeyir, dostlar! Səhər saat 6.02-dir. Bu gün çirliderlərin müsabiqəsinə qatılacağam. Saçlarımdan başlamaq istəyirəm. Evdə işıqları yandırıb hamını oyatmaq istəmirəm", - Linda deyib.

Lindanın valideynləri qonşu otaqda olublar və təsadüf nəticəsində sağ qalıblar.


Xəbərə aid fotolar