Avropada Qarabağ üçün birləşək!


Siyasət 21 Fev 2019 13:51:00 216 0

Avropada Qarabağ üçün birləşək!

Bu gün böyük fərəh hissi ilə deyə bilərik ki, dünyanın dörd bir yanında məskunlaşan azərbaycanlılar yaşadıqları ölkələrdə birlik və həmrəylik nümayiş etdirməyə çalışır, doğma Vətənə, azərbaycançılıq ideyasına, Azərbaycan dilinə sadiqlik nümayiş etdirirlər. Yarım əsrdən çox müddətdə SSRİ-nin tərkibində olan Azərbaycandan xarici ölkələrə üz tutan soydaşlarımız diaspor hərəkatı yaratmağa nail ola bilmədilər. Lakin ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu hərəkat geniş vüsət almağa başladı. Hal-hazırda isə dünyanın hər iki yarımkürəsində Azərbaycan diasporunun nümayəndələrinə rast gəlmək mümkündür. Vətəndən kənarda yaşayan soydaşlarımız təkcə icma və birliklər qurmaqla kifayətlənmir, həm də təmsil olunduqları ölkələrdə Azərbaycanın haqq səsini çatdırır, azərbaycançılığı təbliğ edir, ölkəmiz üçün əhəmiyyətli olan məsələlərin həllinə yardımçı olmağa çalışırlar.

Ciddi dönüş yaranıb - Dünyadakı azərbaycanlıların birliyi daha səmərəli şəkil alır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu gün hər zamankından daha çox xaricdə yaşayan soydaşlarımızın cəlb olunmasına ehtiyac duyulur. 500-dən çox Azərbaycan diaspor təşkilatı, milyonlarla həmyerlimiz vahid amal- Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dünyaya səs salır, Azərbaycanın haqlı mövqeyini yaşadıqları ölkələrin siyasi dairələrinə, yerli və beynəlxalq təşkilatlara çatdırmağa çalışır. Bunun nəticəsidir ki, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı, 31 Mart - Dünya Azərbaycanlıların soyqırımı günü, eləcə də ərazilərimizin işğal tarixləri ilə bağlı məlumatlar hər il dünya tribunalarında, müxtəlif ölkələrin parlamentlərində, meydanlarda, tədbir salonlarında ictimaiyyətə çatdırılır. Hal-hazırda ABŞ-ın 22 ştatının, həmçinin, bir neçə ölkə parlamentlərinin Xocalıda baş vermiş cinayətləri soyqırım aktı kimi tanımasında Azərbaycan diasporunun rolu danılmazdır.

Bu məsələ qaydasına düşsə, azərbaycanlılar dünyada daha da güclənəcəklər - FOTO Mətbuatda yayılan məlumatlara əsasən, hər il olduğu kimi, bu il də Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının ildönümü ərəfəsində genişmiqyaslı tədbirlər planlaşdırır. Avropada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar bu işdə xüsusi fəallıq nümayiş etdirir. Bu il isə Avropada təsis edilən koordinasiya şuralarının təşkilatçılığı, müxtəlif Avropa ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 23 fevral tarixində Ümumavropa Qarabağ mitinqinin keçirilməsi planlaşıdırılır. Avropanın siyasi mərkəzi sayılan Belçikanın paytaxtı Brüssel şəhərində, Lüksemburq meydanında (Place du Luxembourg) keçiriləcəyi elan olunan mitinqə yüzlərlə həmyerlimizin qatılacağı gözlənilir. 

İzdihamlı keçəcəyi şübhə doğurmayan Ümumavropa Qarabağ mitinqi yaşadığı ölkədən, yaşından, cinsindən, əqidəsindən asılı olmayaraq, xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsi, ümummilli maraqları naminə birləşməsi yolunda yaxşı bir fürsətdir. Tarixin müəyyən dövrlərində azərbaycanlılara qarşı terror siyasəti həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünə göz dikən Ermənistanın qeyri-humanist siyasətinin beynəlxalq səviyyədə ifşası xaricdə olan hər bir azərbaycanlının ən ümdə vəzifəsi, eləcə də beynəlxalq hüquqa hörmətlə yanaşan hər kəsin ən azından insanlıq qarşısında olan mənəvi  borcudur.

Bütün bunları nəzərə alaraq 23 fevral tarixində Avropada Qarabağ üçün birləşək, ümummilli məsələlərdə birliyimizi bir daha nümayiş etdirək!

Qərib Səfərov Son.az