Komitə sədri: Avstraliya Azərbaycanla pambıqçılıq sahəsində əməkdaşlığa maraq göstərir


Digərləri 21 Fev 2019 13:52:00 187 0

Komitə sədri: Avstraliya Azərbaycanla pambıqçılıq sahəsində əməkdaşlığa maraq göstərir

Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Avstraliya federal parlamentin kənd təsərrüfatı üzrə daimi komitəsinin sədri Rik Vilson ilə görüş keçirib.

Bakı. Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Avstraliya federal parlamentin kənd təsərrüfatı üzrə daimi komitəsinin sədri Rik Vilson ilə görüş keçirib. Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə daxildirlər. Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də görüşdə iştirak edib. Görüş zamanı Rik Vilson Avstraliya hökumətinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı istiqamətində böyük maraq olduğunu bildirib və gələcəkdə Azərbaycana səfəri zamanı bu məsələni respublikamızın aidiyyəti qurumlarla danışıqlar aparmaq niyyətində olduğunu qeyd edib.