Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının


Dünya 21 Fev 2019 13:46:00 261 0

Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının

Rəsmi Vaşinqton Ermənstanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Buna səbəb olaraq, Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.

Rəsmi Yerevan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib.