İslandiya balina ovuna icazəni daha 5 il uzatdı, dünya ictimaiyyəti isə qınayır


Digərləri 21 Fev 2019 13:32:00 185 0

İslandiya balina ovuna icazəni daha 5 il uzatdı, dünya ictimaiyyəti isə qınayır

İslandiyanın Balıqçılıq və Kənd Təsərrüfatı Nazirliyi balina ovuna icazənin müddətini daha 5 il, yəni 2023-cü ilədək uzadıb.

Bakı. İslandiyanın Balıqçılıq və Kənd Təsərrüfatı Nazirliyi balina ovuna icazənin müddətini daha 5 il, yəni 2023-cü ilədək uzadıb. Trend-in məlumatına görə, nazir Kristian Tor Yuliusson bildirib ki, söhbət bu məməlilərin iki növündən gedir: "İslandiyada finval və kiçik zolaqlı balina növləri ilə bağlı vəziyyət yaxşıdır və son 10 ildə davam edən ovçuluq onların populyasiyasına böyük mənfi təsir göstərməyib".