Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir


Digərləri 21 Fev 2019 13:38:00 155 0

Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir

Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir.

Bakı. Samir Əli - Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. A.Quliyev qeyd edib ki, Azərbaycanda bütün sahələrin qanunla tənzimləndiyi mübahisəsiz faktdır və bu tutarlı fakt müxalifətin mitinqinə icazə verilməməsinin ölkədə sərbəst toplaşma azadlığının guya məhdudlaşdırıldığı barədə deyilənlərin reallığa uyğun olmadığını göstərir: "Sərbəst toplaşma azadlığının hətta ən kiçik detallarına qədər qanuniləşdirilməsi nöqteyi-nəzərindən dünyada Azərbaycan kimi ölkələrin sayı azdır. Azərbaycanda sərbəst toplaşmaq fərdlərin, dövlətin və ictimaiyyətin təhlükəsizliyini və hüquqlarını balanslaşdıran maraqlı bir model əsasında həyata keçirilir. Bu modelin üstünlüyü odür ki, həm insanların dinc toplaşmaq hüququna ziyan dəymir, həm ictimai və dövlət təhlükəsizliyi qorunur, həm də asayiş və fərdi hüquqlar dövlət təminatı altına alınır. Radikal dairələrin 23 fevral mitinqinə rəsmi icazə verilməməsinə bu arqumentlər baxımından yanaşdıqda, həmin siyasi dairələrin hədsiz ambisiyalı davranışına baxmayaraq, rəsmi dövlət qurumlarının qanunlara, insan haqlarına və təhlükəsizlik prinsiplərinə dəqiq riayət etdiklərini görürük". Onun sözlərinə görə, radikal aksiya təşkilatçılarının, radikal müxalifət nümayəndələrinin yalnız aksiya keçirməkdə israr edərək öz üzərilərinə heç bir öhdəlik və məsuliyyət götürmək istəməmələri ölkəni xaosa sürükləmək cəhdidir, rəsmi qurumları bu sayaq prosesin iştirakçısına çevirmək niyyətidir ki, bu da yolverilməzdir: "Radikal dairələr sabitliyin pozulmayacağı və digər insanların hüquq və mülkiyyətinə ziyan gəlməyəcəyi barədə öhdəlik götürməyə heç bir meyl göstərmir. Radikal aksiya təşkilatçıları hüquq və məsuliyyətin ayrılmazlığı məsələsində konstruktiv mövqe tutmurlar, hətta hüquqlardan istifadə məsələsinə anarxist və dağıdıcı təsəvvürlə yanaşırlar". Ekspertin fikrincə, müxalifətin qeyri-məqbul və dağıdıcı davranışlarının bir sübutu da odur ki, yaxın keçmişdəki aksiyalarda hüquq və asayiş pozuntusu faktlarının araşdırılmasında rəsmi qurumlara kömək etmir, onlarla əməkdaşlıq etmirlər: "Hətta ötən aksiyalardakı pozuntuların araşdırılmasının sona çatmasını gözləmirlər, yeni pozuntular üçün münbit şərait və gərginlik yaradırlar. Mitinqə icazə verməməklə rəsmi orqanlar ictimai təhlükəsizliyi, asayişi, insanların rahatlığını, qanunçuluğu və toplaşmaq azadlığını balanslaşdırmaq mövqeyindən çıxış edirlər. Yəni rəsmi orqanlar məsələyə qlobal yanaşır, radikal aksiya təşkilatçılarının isə söykəndiyi əsas amillər özlərinin məhdud maraqları və siyasi ambisiyalarıdır". Baş redaktor bildirib ki, rəsmi qurumların aksiyalara yanaşmasında tənzimləmə elementləri əsas olduğu halda radikal aksiya təşkilatçılarının fəaliyyəti dağıdıcılıq elementlərinə malikdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin