Azərbaycanda tikinti üçün icazələrin alınması


Digərləri 21 Fev 2019 13:07:00 169 0

Azərbaycanda tikinti üçün icazələrin alınması

Azərbaycan şirkətləri 15 gün ərzində tikinti üçün icazə və 10 gün ərzində ekspertiza tələb etməyən daşınmaz əmlak obyektlərinin istifadəsinə icazə ala biləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev elektron sistemin təqdimatında deyib.

O bildirib ki, bütün bunlar elektron müraciət sistemi sayəsində mümkün olacaq.

A.Quliyevin sözlərinə görə, tikinti icazəsi üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə, icazə alınması üçün tələb oluna günlərin sayı 116-dan 18-ə, xərclər isə 6500 manatdan 1500 manatadək azalıb: