Amputasiya edilmiş ayaqları ilə 70 yaşında


Dünya 21 Fev 2019 12:34:00 259 0

Amputasiya edilmiş ayaqları ilə 70 yaşında

70 yaşlı çinli alpinist Sya Boyuy ilin ən yaxşı idman anına görə "Laureus World Sports Awards" mükafatına layiq görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, amputasiya edilmiş ayaqları ilə bu yaşda dünyanın ən yüksək zirvəsi Everestə çıxan (Nepal tərəfdən, 2018-ci ilin 14 mayında) ilk alpinistdir.

Məşhur alpinist uzun müddətdir ki, bu idman növü ilə məşğuldur. 1975-ci ildə Everestə ilk uğursuz ekspedisiyası zamanı donvurma nəticəsində ayaqlarını itirsə də, məqsədindən dönməyib. Yeri gəlmişkən, donvurmaya səbəb ağır hava şəraiti səbəbindən vaxtından əvvəl eniş zamanı (zirvəyə 248 metr qalmışdı) komanda yoldaşına öz yataq kisəsini verməsi olub. Həmin komanda yoldaşı zirvəyə qalxarkən yataq kisəsini itirmişdi.

Bu böyük ürəyə sahib idmançı təqribən 10 il məşqlərini davam etdirir. 1996-cı ildə onda bədxassəli limfom aşkar edilir, lakin hətta kimyəvi üsulla müalicələr onu məşqlərdən saxlaya bilmir.