14 əcnəbi vətəndaşın saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb (FOTO)


Digərləri 21 Fev 2019 12:34:00 230 0

14 əcnəbi vətəndaşın saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir. DSX-dən Trend-ə verilən məlumata görə, son gün­lərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. 31 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdır­ma əlamətləri aşkar olunub, dərinləşdirilmiş yoxlama zamanı şübhə­lər təsdiqini tapıb. 02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağ­dad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunub. 02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Do­ha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi pasportun 1988-ci il tə­vəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqə­si aşkar olunub. 04 fevral tarixində “Xanoba” dövlət sərhədindən buraxılış məntə­qəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub. 06 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəl­lüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunub. 08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il tə­vəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqa­liyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.