Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb


Digərləri 21 Fev 2019 12:38:00 189 0

Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb

Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb

Bakı. Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, ərazinin çaykənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib. Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini verib. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.