Azərbaycan dili məktəblərdə uşaqlara belə sevdirilir FOTO


Digərləri 21 Fev 2019 12:11:00 293 0

Azərbaycan dili məktəblərdə uşaqlara belə sevdirilir  FOTO

Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd edilib.

Ümumi təhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, paytaxt məktəblərində 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Bakı məktəblərində "Dil xalqın varlığıdır!", "Dilimiz-dəyərimizdir", "Tarix ayırsa da, dil birləşdirir!", "Mənim dilim", "Ana dilimizi sevək və qoruyaq", "Ana dilim-doğma dilim", "Azərbaycan dili-milli varlığımızıdır" və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, "Dəyirmi masa"lar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.


Xəbərə aid fotolar